Azərbaycanda tikilən yeni hava limanı bu tarixdə fəaliyyətə başlaya bilər

Ələt Azad İqtisadi Zonasının ərazisində tikilən hava limanı 2027-ci ilin əvvəlində fəaliyyətə başlaya bilər.

Bunu AİZ sədrinin müavini İsmayıl Manafov Özbəkistan-Azərbaycan sənaye və iqtisadi zonalar forumunda bildirib.

“Azad iqtisadi zonanın ərazisində inşa etdiyimiz beynəlxalq hava limanı üç əsas istiqaməti əhatə edir: yük terminalı, biznes aviasiyası və loukosterlərə xidmət göstərilməsi”, – İ.Manafov qeyd edib.

O bildirib ki, gələcək hava limanının sahəsi 750 hektardan çox olacaq, yükötürmə qabiliyyəti isə birinci mərhələdə ildə 500 min tona çatacaq.

“Sonradan bu göstərici ildə 1,5–2 milyon tona qədər arta bilər. Hava limanının tikintisinin bu il başa çatdırılması planlaşdırılır, bundan sonra isə obyekt 2027-ci ilin əvvəlində istismara verilə bilər”, – o əlavə edib.

MənbəREPORT
Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər