19 C
Baku
Thursday, April 25, 2024

Azərbaycanda tikinti materialları bahalaşa-bahalaşa gedir (SİYAHI)

Azərbaycanda tikinti materiallarının qiymətləri aybaay arta-arta gedir.

Banker.az xəbər verir ki, ötən ayda 17 adda inşaat materialının qiyməti 1%-dən çox aylıq artım dinamikası nümayiş etdirir.

Bahalaşma ən çox isə aylıq müqayisədə izolyasiya məhsulu – ruberoiddə qeydə alınıb. Son ayda 5.2%, yəni  hər kvadrat metri 1.55 manatdan 1.73 manata yüksəlib. İkinci böyük bahalaşma lakda (4.3%), üçüncü isə yağlı (3.5%) olmaqla qeydə alınıb.

Taxta materiallarının qiymətləri isə öncəki aylardakı kimi bahalaşmaqdadır. Artıq ilin əvvəlindən, adi kəsilmiş taxtanın hər kub-metri 40%, son ayda isə 2.8% bahalaşmışdır. Belə ki, taxtanın hər kub-metrinin qiyməti 448 manat təşkil edir. Ağac lifli lövhələrin hər kvadrat-metri son ayda 2.9%, ilin əvvəlindən isə 22.4% artmaqla 12.02 manata qalxıb.

Sementin hər 50 kq-nın qiyməti son ayda 0.6%, ilin əvvəlindən isə 12.1% bahalaşmaqla 8.40 manat təşkil edib.Untitled

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər