2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda tikinti materiallarının istehsalı 64%-dən çox artıb

Tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 525,2 milyon manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 64,3 faiz artmışdır.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Betondan yığma tikinti konstruksiyaların istehsalı 2,2 dəfə, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 98,3 faiz, emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 65,9 faiz, hörmə üçün hazır beton qarışığının istehsalı 38,5 faiz, tikinti gipsinin istehsalı 31,5 faiz, tikinti əhənginin istehsalı 16,3 faiz, tikinti kərpicinin istehsalı 15,6 faiz, sementin istehsalı 1,5 faiz artmış, asfaltın istehsalı isə 20,2 faiz azalmışdır.

Son xəbərlər
Digər xəbərlər