1 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda üç faydalı qazıntı yatağı istifadəyə verildi

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən faydalı qazıntı yataqlarının istifadəyə verilməsi üzrə hərrac nəticəsində Azərbaycanda üç faydalı qazıntı yatağı istifadəyə verilib.

Banker.az xəbər verir ki, faydalı qazıntı yataqlarının istifadəyə verilməsi ilə bağlı keçirilən 11 noyabr hərracında Balakəndə yerləşən “Təpəçöl” gil yatağının 1.6 hektar sahəsi, Goranboyda “Qarasuçay” qum-çınqıl yatağının 8 hektar sahəsi, Daşkəsəndə “Bayan” üzlük daşı yatağının 0,5 hektar sahəsi istifadəyə verilib.

Hərrac vasitəsilə istifadəyə verilən faydalı qazıntı yataqlarının siyahısını təqdim edirik:

Daşkəsən rayonu “Bayan” üzlük daşı yatağı
S/S Yatağın adı LOT Həcmi Sahəsi Faydalı qazıntının  növü İstismar müddəti Başlanğıc qiyməti Yekun qiyməti (manatla) Hərracın qalibi
1 Bayan LOT-1 172 980 m3 0,5 ha Üzlük daşı 20 il 17 298 17 298 Nadirov Araz Ələsgər oğlu
Balakən rayonu “Təpəçöl” gil yatağı
S/S Yatağın adı LOT Həcmi Sahəsi Faydalı qazıntının  növü İstismar müddəti Başlanğıc qiyməti Yekun qiyməti (manatla) Hərracın qalibi
1 Təpəçöl LOT-1 24 074 m3 1,6 ha Gil 3 il 2 407 2 407 2. “REDSTONE” MMC
Goranboy rayonu “Qarasuçay” qum-çınqıl yatağı
S/S Yatağın adı LOT Həcmi Sahəsi Faydalı qazıntının  növü İstismar müddəti Başlanğıc qiyməti Yekun qiyməti (manatla) Hərracın qalibi
1 Qarasuçay LOT-1 135 000 m3 3 ha Qum-çınqıl 6 il 13 500 13 500 1. “Gəncə Körpü Tikinti-2” ASC
2 Qarasuçay LOT-2 225 000 m3 5 ha Qum-çınqıl 9 il 22 500 22 500 2. “Gəncə Körpü Tikinti-2” ASC
Son xəbərlər
Digər xəbərlər