9 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda üç Turizm İnformasiya mərkəz yaradılıb

Qəbələ Turizm İnformasiya Mərkəzi, İsmayıllı Turizm İnformasiya Mərkəzi və Bərdə Turizm İnformasiya Mərkəzi yaradılacaq.

APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Qəbələ, İsmayıllı və Bərdə Turizm İnformasiya mərkəzlərinin yaradılması və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyun tarixli 196 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişikliklər edilməsi barədə” qərarında əksini tapıb.

Mədəniyyət və Turizm Nazirliyinə yaradılan Turizm İnformasiya mərkəzlərinin saxlanılması xərclərini hər il dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində həmin nazirlik üçün nəzərdə tutulmuş müvafiq vəsait dairəsində həyata keçirmək tapşırılıb. Turizm İnformasiya mərkəzləri “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda “Büdcədən maliyyələşdirilən qurumlar” bölməsinə daxil edilib.

Son xəbərlər
Digər xəbərlər