Azərbaycanda yaradılmasına başlanılmış Ukrayna Ticarət Evi gələn il fəaliyyətə başlayacaq.
Banker.az bildirir ki, bunu Report-a açıqlamasında Ukraynanın Azərbaycandakı səfirliyinin iqtisadi məsələlər üzrə müşaviri Sergey Ştelyuk bildirib.
Onun sözlərinə görə, Ukraynanın təxminən 30 şirkəti ticarət evinin iştirakçısı olmağa razılıq verib: “Bu şirkətlərin əksəriyyəti mühəndislik, metallurgiya, kimya sənayesi, habelə aqro-sənaye kompleksi sahəsində, həmçinin yüksək texnologiyalı məhsulların istehsalında ixtisaslaşıblar. Hazırda ticarət evinin açılışı ilə bağlı işlər son mərhələdədir, işçi heyət formalaşdırılır”.
Xatırladaq ki, Vergilər Nazirliyi “Ukrayna Ticarət Evi” MMC-ni bu il aprelin 6-da dövlət qeydiyyatına alıb. Qurumun hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Xan Şuşinski küçəsi, ev 48, mənzil 2, nizamnamə kapitalı 10 manat, qanuni təmsilçisi isə Yuriy Osadkoçiv Leonidoviçdir.