15 C
Baku
Friday, March 29, 2024

Azərbaycanda Vahid Səhiyyə Çağrı Mərkəzi yaradılacaq

Səhiyyə Nazirliyinin nəzdində Vahid Səhiyyə Çağrı Mərkəzi yaradılacaq”.

Bunu Azərbaycanın səhiyyə naziri Teymur Musayev bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, hər bir vətəndaş həmin Mərkəzə müraciət edərək tiblə bağlı istənilən sorğunu ünvanlaya biləcək: “Bununla da vətəndaşların problemlərinin həllinə və sorğusunun operativ şəkildə cavablandırılmasına nail olacağıq. Təbii ki, nazirliyin rəsmi saytı vasitəsilə daxil olan müaricətlər də qəbul olunaraq dərhal cavablandırılacaq. Eyni zamanda kağız daşıyıcılar vasitəsilə daxil olan müraciətlərə də davamlı olaraq operativ və effektiv baxılması təmin ediləcək”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər