10 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycanda valyuta hərraclarında ABŞ dollarına tələb niyə yuxarıdır?

Mərkəzi Bankda fevraldakı valyuta hərraclarında tələb son illərin ən yüksək həddində tamamlanır.

Banker.az xəbər verir ki, 22 fevral 2024-cü il tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilmişdir. Hərracda tələb 108.1 mln. ABŞ dolları təşkil edib.

Hərracları təşkil edən AMB deyir ki, valyuta tələbi “tam təmin edilib”.

Fevralda artıq planlaşdırılmış 9 valyuta hərracının 7-si geridə qalıb və ümumilikdə 685.5 dollarlıq valyuta satılıb.

Adətən valyuta hərraclarında tam təminatçı tərəf Dövlət Neft Fondu olurdu, lakin son rübdə məlum oldu ki, Fond bu hərraclarda qismən iştirak edir və Mərkəzi Bank özü də valyuta satışı mövqeyində çıxış edir.

Bir daha qeyd edirik ki, valyuta hərraclarında tələbin yüksək olmasına rəğmən banklar dolların konvertasiya kursuna toxunmayıblar.

2024-cü ilin yanvarında 7 valyuta hərracı (fevralda 9 valyuta hərracı olmalıdır) keçirilib və 417.1 mln. dollar satılıb. Beləliklə, fevraldakı ilk 7 hərrac yanvardakı 7 hərracdan 268.4 mln. dollar (64%) çoxdur.

Mərkəzi Bank sonuncu dəfə Banker.az-a bildirdi ki, dollara tələblə bağlı artımın olması mövsümidir.

Tənzimləyicinin sözlərinə görə, bu, əsasən bir sıra dövlət layihələrinin icrası və özəl sektorun idxal tələbi (o cümlədən ərzaq və kənd təsərrüfatı məhsulları) ilə əlaqədardır.

Məlumat kimi qeyd edilir ki, 2024-cü ilin ötən dövründə valyuta hərraclarının 55%-də təklif tələbi üstələyir.

“Ümumilikdə isə qeyd etmək lazımdır ki, valyuta bazarı profisitli tədiyə balansı şəraitində fəaliyyət göstərir. Bu meyillərin davam etməsi halında 2024-cü ilin sonuna da cari əməliyyatlar hesabının profisitli olacağı gözlənilir”, – deyə AMB bildirir.

Cari əməliyyatlar balansının bir hissəsi də ticarət saldosudur. Məsələn, Dövlət Gömrük Komitəsinin 2024-cü ilin yanvar üzrə ticarət balansında 701.86 mln. manatlıq profisit (qalıq) yaranıb.

Ölkənin xaricdə ixracında əsas payı olan neft-qaz məhsullarının dəyəri isə geosiyasi və təchizat zənciri ilə bağlı risklər fonunda yüksək olmaqdadır. Brentin bir barreli son bir ayda 80 dolların üzərində ticarət edilməkdədir.

Bununla belə, Azərbaycan Mərkəzi Bankı bu həftə yanvar üzrə əhalinin nağd dollar tələbinin hansı səviyyədə olması ilə bağlı statistika açıqlamalıdır.

34567897653421 1

Son xəbərlər
Digər xəbərlər