10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda vergidən yayınanlar hansı yola əl atır?

“Bu gün ən mühüm məsələlərdən biri sahibkarlıq subyektlərinin qeydiyyatdan sonrakı prosesdə uçot-baza məlumatlarının dürüstləşdirilməsi ilə bağlıdır”.

Bu barədə Vergilər Nazirliyinin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov məlumat verib. Onun sözlərinə görə, hər şey vergi ödəyicilərinin düzgün uçot məlumatlarından başlayır.

“Təsadüfi deyil ki, bir sıra hallarda vergi ödəyicilərinin uçot-baza məlumatları ilə faktiki uçot məlumatları arasında olan kənarlaşmalar vergidən yayınma risklərinin müəyyən edilməsində və vergi nəzarəti tədbirlərinin düzgün seçilməsində öz mənfi təsirini göstərir. Əsas məqsəd uçot-məlumat bazasında şəffaflığın təmin edilməsi, vergi inzibatçılığında əlverişli mühitin formalaşdırılmasına yönəldilməsidir. Hazırda departamentin fəaliyyətinin əsas istiqamətlərindən biri uçot-qeydiyyat sisteminə təhlil əsaslı nəzarətin həyata keçirilməsidir. Vergi ödəyicilərinin, təsərrüfat subyektlərinin (obyektlərinin), NKA-ların, bank hesablarının və POS-terminalların uçota alınması, vergitutma bazasının genişləndirilməsi, uçot bazasının təkmilləşdirilməsi və baza məlumatları ilə vergi ödəyicilərinin faktiki vəziyyəti arasında olan kənarlaşmalar aşkar edildikdə müvafiq tədbirlərin görülməsi, baza məlumatlarının aktuallığının təmin edilməsi istiqamətində Vergi Məcəlləsinin 32-ci maddəsinə uyğun olaraq vergi nəzarəti aparılır. Uçot-qeydiyyat məlumat bazalarında olan uyğunsuzluqların (risklərin)müəyyən edilməsi iki formada: müəyyən edilmiş risk meyarlarına uyğun fərdi qaydada təhlillər aparılmaqla və Vergilər Nazirliyi tərəfindən Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi vasitəsilə elektron qaydada avtomatik olaraq müəyyən edilməklə həyata keçirilir”, – deyə Ə.Məmmədov vurğulayıb.

Bəzi təsərrüfat subyektləri vergi orqanlarında uçotdan yayınıb

Nazirlik rəsmisi bildirib ki, artıq bir sıra istiqamətlərdə təhlillər aparılıb, uçotdan yayınan şəxslər müəyyənləşdirilib və qanunvericiliyə müvafiq işlərin görülməsi üçün vergi orqanlarına təqdim edilib. Ə. Məmmədovun sözlərinə görə, təhlillər nəticəsində müəyyən olunub ki, 2016-2018-ci illərdə lisenziya əldə etmiş bir sıra təsərrüfat subyektləri vergi orqanlarında uçotdan yayınıb: “Uçotda olan təsərrüfat obyektlərini icarəyə verən bəzi vergi ödəyicilərinin də uçot məlumatlarında uyğunsuzluqlar aşkarlanıb. Dövriyyənin düzgün göstərilməməsi, vergidən yayınma və ƏDV-nin məqsədləri üçün məcburi qeydiyyata dair ərizə vermək öhdəliyinin yaranmaması naminə bir neçə kommersiya hüquqi şəxs təsis edilməsi faktları da aşkarlanıb. Belə faktlar üzrə aparılan təhlillərin nəticələri müvafiq tədbirlərin görülməsi üçün Vergilər Nazirliyinin aidiyyəti strukturlarına təqdim olunub”.

Son xəbərlər
Digər xəbərlər