3 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda viskinin istehsalı kəskin artırılıb Rusiya bazarına çıxarılır

Azərbaycan 2024-cü ilin birinci rübündə Rusiya Federasiyasına alkoqollu içkilərin ixracını böyüdüb.

Banker.az xəbər verir ki, bu barədə rəsmi statistik rəqəmlərdə bildirilir.

Rəqəmlərə əsasən, ilin ilk rübündə Azərbaycandan şimal qonşusuna ixracın həcmi ümumilikdə 123.9 min dekalitr təşkil edib. İxracın həcmi isə 3.97 milyon dollar təşkil edib.

2023-cü ilin ilk rübündə Rusiya Federasiyasına 100 min dekalitr və ya 2.61 mln. dollarlıq alkoqolu məhsul ixrac edilmişdi.

Cari ildəki dəyər göstəricisi öncəki ildən 52% çoxdur.

Azərbaycanın ixracında ən böyük paya viski sahibdir. Azərbaycan istehsal etdiyi viskidən bu ölkəyə 75.9 min dkl və ya 2.48 mln. dollarlıq ixrac edilib.

Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ilin birinci rübündə Azərbaycanda spirtli istehsalı zavdolarında viski və konyakın istehsal həcmi illik müqayisədə 7 dəfə artımla 136.3 min dkl-a qalxıb.432432

Son xəbərlər
Digər xəbərlər