16 C
Baku
Monday, May 6, 2024

Azərbaycanda vodka istehsalçısı cərimələnir

Azərbaycanda şərab və vodka istehsalçısı “Kristall Plus” QSC şirkəti barəsində gömrük əməliyyatlardakı inzibati xətaya görə cərimə protokolu tərtib edilib.

Banker.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi “Kristall Plus” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə protokol tərtib edərək, 31 avqust 2021-ci il tarixdə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilib.

İXM-in 485.2-ci maddəsinə görə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə -vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir.

Kristall Plus Zavodunun əsası 2004-cü ildə qoyulub və 2000 manat nizamnamə kapitalına sahibdir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər