-1 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda xarici valyutada olan debet kartlarla əməliyyatlara məhdudiyyət qoyulub

Azərbaycanda xarici valyutada olan debet kartları ilə əməliyyatlara məhdudiyyət qoyulub. Yalnız, dollar hesabında olan kartlar arasında transfer əməliyyatları mümkündür. Bu barədə Banker.az banklara yaxın  mənbələrdən məlumat əldə edib.

Məhdudiyyət olaraq manat hesabından dollar hesabına vəsaitin köçürülməsinə (konvertasiya əməliyyatı) tətbiq edilmişdir.  Banklara bu məhdudiyyətin Azərbaycan Mərkəzi Bankı tərəfindən tətbiq edildiyini bildirir.

Bununla belə, bankın ödəniş terminalları ilə eləcə də, MilliÖn, eManat və s. kimi ödəniş terminallarından dollarda olan hesablara (manat mədaxil etməklə) yatırım etmək mümkün deyil. Halbuki, bir neçə gün öncə belə bir məhdudiyyət yox idi.

“Buna səbəb milli valyuta ilə olan hesabların dollara yönəldilməsinin qarşısı alınmaq üçün edilir. Demək olar ki bütün banklarda analoji hal müşahidə edilir”, deyə bankdakı mənbə Banker.az-a deyir.

Bildirək ki, bir çox hallarda insanlar nağd vəsaitlərininin milli valyutada olan hissəsini banka getmədən, bankda açdıqları dollarda (USD) olan debet kartlara yatırımlar edirlər.

Bununla bağlı Mərkəzi Banka Banker.az tərəfindən rəsmi sorğu göndirilmişdir və cavab alındığı zaman saytda yerləşdiriləcəkdir.

Son xəbərlər
Digər xəbərlər