5 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda yaxın 3 ildə azı 50 min fərdi depo hesabının olması hədəflənir

Milli Depozit Mərkəzi (MDM) 2026-cı ilin sonuna qədər ölkədə azı 50 min fərdi depo hesabının açılmasını planlaşdırır.

Bu, qurumun açıqladığı 2024-2026-cı illər üzrə İnkişaf Strategiyasında öz əksini tapıb.

Bundan başqa, sənədə əsasən, yaxın 3 ildə MDM-in əsas fəaliyyət istiqamətlərinin sayının 12-yə çatdırılması, Mərkəzin beynəlxalq depozitarda hesab açması, rəqəmsallaşma səviyyəsinin azı 85%, müştəri məmnunluğu səviyyəsinin azı 80% olması, qurumun xidmətlərinin bütün ölkədə əlçatan olması, PFMI standartlarına uyğunluq, uğursuz kiberhücumların payının 100% olması hədəflənir.

Son nəticədə aylıq əməlyyatlar üzrə hüquqların ötürülməsi sayı 2024-cü ilin sonunda 1 500-ə, 2025-ci ilin sonunda 5 000-ə, 2026-cı ilin sonunda isə 25 000-ə çatdırılmalıdır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər