9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda yazın gəlişi ilə alternativ enerji mənbələri canlanır

Azərbaycanda yazın gəlişi ilə alternativ mənbələrdə alınan elektrik enerjisinin istehsalı artıb.

Cari ilin ilk beş ayı ərzində ölkədə hidro enerji daxil 598.4 mln. kVat/saat elektrik enerjisi alınıb. Bunun təbii, ən böyük hissəsi, 536.9 milyon kVat/saatı hidroenerjidən əldə olunan enerji olub. Müsbət bir məqam isə günəş və külək mənbələrindən istehsal edilən elektrik enerjisinin həcmində qismən artımlar olub.

Külək turbinlərindən əldə edilən elektrik enerjisinin həcmi 44.1 mln. kVat/saat olub. Doğrudur, bu 2019-cu illə müqayisədə azdır. Lakin, aprel ayı ilə müqayisədə may ayında artıb. May ayında 10.5 mln. kVat/saat elektrik enerjisi istehsal edilib.

Günəşdən alınan elektrik enerjisinin həcmi 17.4 mln. kVat/saat alınıb. Bu öncəki illə müqayisədə 4.2 faiz artım deməkdir.

Son xəbərlər
Digər xəbərlər