Auditorlar Palatasının web saytına istinad edərək “OSHAR” MMC 2018-ci ilin noyabr ayından etibarən AT/172 saylı icazə əsasında audit fəaliyyətinə başlayıb. Qeyd edək ki, “OSHAR” MMC daha əvvəl bazarda maliyyə sahəsində konsultasiya xidməti ilə özünəməxsus yer tutmuşdur.
Şirkətin rəhbəri Rahim Manafov maliyyə-audit sahəsində uzun müddət rəhbər vəzifəsində işləyib. Eyni zamanda xarici təhsili almış, Beynalxalq Maliyyə İnstitunun BMHS üzrə diplomunu qazanmışdır. Şirkət, koorporativ idarəetmə, audit və əminlik, vergi və hüquq xidmətləri, mühasibat uçotu, insan resurslarının idarə edilməsi üzrə konsultasiya xidmətləri göstərən peşəkar kadrları ilə tanınır.
Əməkdaşların peşə təcrübələri müştərilərə qarşı məsuliyyətli, dəqiq, konkret,səmimi yanaşmasında və göstərdikləri xidmətlərdə öz əksini tapır.