9 C
Baku
Friday, December 13, 2024

Azərbaycanda yeni dövlət standartı qəbul edilib

Ölkədə əmtəələrə beynəlxalq unikal Əmtəənin Qlobal İdentifikasiya Nömrəsinin ayrılması (GTIN) və onun əsasında tərtib edilən ştrixkodlardan düzgün istifadənin təmin edilməsi məqsədilə AZS 907-2022 “Avtomatik identifikasiya. Ştrixkodlaşdırma. Ümumi müddəalar. GS1 sistemində əmtəə nömrələrinin formalaşması, ayrılması, qeydiyyatı, tətbiqi və nəzarət qaydaları” yeni dövlət standartı qəbul edilib.

Banker.az bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, yeni standart lahiyəsi Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən qəbul olunaraq standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.

Standartın tətbiqi ölkədə ştrixkodlaşdırma prosedurlarının beynəlxalq tələblərə uyğunlaşdırılması, istehsal olunan məhsulların vahid sistem üzrə identifikasiyasının təmin edilməsi və ixrac potensialının gücləndirilməsinə xidmət edəcək.

Son xəbərlər
Digər xəbərlər