Azərbaycanda “Meqa Həyat Sığorta” şirkətinin rəhbərliyi açıqlanıb.
Banker.az xəbər verir ki, yeni yaradılan sığorta şirkətinin qanuni təmsilçisi Hamlet Qarayevdir. Müşahidə Şurasının üzvləri Yaşar Qurbanov, Mətləb Vəliyev, Cahangir Hüseynov-dur. Yaşar Qurbanov “Meqa Sığorta” şirkətinin Direktorlar şurasının sədridir, o həmçinin “Rabitəbank”ın səhmdarları sırasındadır. Mətləb Vəliyev isə “Meqa Sığorta” şirkətinin Direktorlar şurasının üzvüdür.
Xatırladaq ki, Sığorta Şirkətindən verilən məlumata görə “Meqa Həyat Sığorta”nın səhmdarı 100% pay sahibi olan “Meqa Sığorta” ASC-dir. Təsisçilər şirkətin kapitalına 11 mln. manat yatırıb.