6 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanda yığılan 276 avtomobil anbarlarda qalıb

Maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2024-сü ilin yanvar-may aylarında 297,1 milyon manatlıq məhsul
istehsal edilmiş, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sair nəqliyyat vasitələrinin istehsalı 18.4 faiz, maşın və avadanlıqların istehsalı 19.5 faiz azalmış, avtomobil, qoşqu və yarımqoşquların istehsalı isə 31.3 faiz artıb.

Banker.az DSK-ya istinadən xəbər verir ki, 2024-сü ilin yanvar-may aylarında 1389 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 193 ədəd az minik avtomobili istehsal olunub. 01.06.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 276 ədəd təşkil edir.

Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 11.3 faiz azalıb. 01.06.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 10 ədəd təşkil edir.

Son xəbərlər
Digər xəbərlər