6 C
Baku
Monday, December 16, 2024

Azərbaycanda yığılan 497 avtomobil anbarlarda qalıb

Maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin, avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 2023-сü ilin yanvar-sentyabr aylarında 496.4 milyon manatlıq məhsul istehsal edilib.

Banker.az xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 31.2 faiz, maşın və avadanlıqların istehsalı 21.1 faiz artmış, sair nəqliyyat vasitələrinin istehsalı isə 21.1 faiz azalıb.

2023-сü ilin yanvar-sentyabr aylarında 2110 ədəd və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 600 ədəd çox minik avtomobili istehsal olunub. 01.10.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 497 ədəd olub.

Dövr ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə traktorların istehsalı 10.6 faiz artıb. 01.10.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 12 ədəd olub.

Son xəbərlər
Digər xəbərlər