22 C
Baku
Saturday, April 20, 2024

Azərbaycanda yığlan avomobillərə Rusiyada müştəri axtarılır

“Xəzər” Azərbaycan-İran birgə zavodunun avtomobilləri avqustun 31-dən sentyabrın 9-dək “Moskva Beynəlxalq Avtomobil salonu” sərgisində təqdim olunacaq.

Bu barədə zavodun sahiblərindən biri olan “AzərMaş” şirkətindən bildiriblər.

Qeyd olunub ki, sərgi Ümumdünya Avtomobil İstehsalçıları Assosiasiyasının (OICA) dəstəyi ilə keçiriləcək.

Sərgidə şirkət Neftçala sənaye məhəlləsində yerləşən zavodda buraxılan “Khazar LD” və “Khazar SD” modellərini nümayiş etdirəcək.

“AzərMaş”dan bildiriblər ki, bu, məqsədi Rusiya bazarını müasir və keyfiyyətli avtomobillərlə təmin etmək olan iri tədbirdir:

“Öz növbəmizdə, biz Azərbaycan istehsallı avtomobillərin iri Rusiya bazarındakı potensial alıcıların marağına səbəb olacağına ümid edirik”.

Xatırladaq ki, 6 avqust 2016-cı il tarixində İranın “Iran Khodro” və Azərbaycanın “Azeurocar” şirkəti Neftçala sənaye zonasında birgə zavodun yaradılması barədə saziş imzalayıblar. Layihənin ümumi dəyəri 24 milyon manat qiymətləndirilir. Yatırımların 75 faizini Azərbaycan tərəfi, 25 faizini isə İran təmin edəcək.

Zavodun illik istehsal gücü gələcəkdə 10 min avtomobil təşkil edəcək. Avtomobillərin Ukrayna, Rusiya və Orta Asiya ölkələrinə ixracı planlaşdırılır.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər