5 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanda yüzlərlə insanın platformada pulları batdı – DİN hərəkətə keçdi

Azərbaycanda yüzlərlə insanın minlərlə manat xərclədiyi “Pazfarm” şəbəkəsi vəsaitləri mənimsəyib.

Bu barədə məlumatı texnobloger Fərid Pərdəşünas Feysbuk hesabında yazıb.

O, bildirib ki, platformada 50 min manata qədər pulu batan insanlar var.

“Pazfarm” insanlara virtual formada taxıl, kartof, qarğıdalı əkərək zəncir marketinqinə əsaslanan pul qazandıran platforma idi. Təsisçilər vəsaitləri kriptovalyutalar ilə aldıqları üçün hazırda batan pulların geri qayıtması mümkünsüz görünür. Zərərçəkənlərin sayı çoxdur. İnsanlar təlaş içində hüquq mühafizə orqanlarına müraciət edirlər”, – deyə o yazıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, məsələdən məlumatlıdırlar və faktla araşdırma aparılır.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər