13 C
Baku
Wednesday, May 8, 2024

Azərbaycandakı qadın sahibkarların sayı açıqlandı

Azərbaycanda hazırda 1 milyon 168 min sahibkar var. Onların 250 mindən çoxu qadın sahibkarlardır.

Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili “Qanunvericilikdə qadın sahibkarlığı: imkan və perspektivlər” mövzusunda ictimai dinləmədə bildirib.

“Təəssüf ki, Azərbaycanda iri sahibkarlar arasında qadın sahibkarlar yoxdur. Orta sahibkarların təxminən 8%-i, kiçik sahibkarların da təxminın 16%-i, mikrosahibkarların 25%-i isə qadın sahibkarlardır. Bu gün işğaldan azad olunan ərazilərdə işləmək üçün müraciət edən sahibkarlardan 50-i qadın sahibkarlardır”,- deyə Komitə sədri bildirib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər