2020-ci ildə Naxçıvan Muxtar Respublikasının nəqliyyat sektorunda 16 milyon 758 min ton həcmində yük daşınıb.
Banker.az bu barədə Naxçıvan Statistika İdarəsinin hesabatına istinadən xəbər verir.
Belə ki, 2019-cu ildə Naxçıvan MR-da daşınan yüklər 16 milyon 961 min ton həcmində olub ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 203 min ton və yaxud da 1.2% azalma deməkdir.