11 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycandan Gürcüstana pul köçürmələri 85% artıb

Mayda Azərbaycandan Gürcüstana 3,56 milyon ABŞ dolları həcmində pul köçürülüb.

Bu barədə Gürcüstan Milli Bankından bildirilib.

May ayında Gürcüstana xarici ölkələrdən daxil olan pul köçürmələrinin 2,70%-i Azərbaycanın payına düşüb. İllik müqayisədə Azərbaycandan qonşu ölkəyə həyata keçirilən pul köçürmələrinin həcmində 85,05% artım qeydə alınıb.

Hesabat ayında Gürcüstana xarici ölkələrdən, ümumilikdə, 131, 8 milyon dollar pul daxil olub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 9,6% azdır.

Gürcüstandan digər ölkələrə isə 13,6 milyon dollar pul köçürülüb. Bu məbləğ illik müqayisədə 33,7% azdır.

Son xəbərlər
Digər xəbərlər