2019-cu ilin dekabrında Azərbaycandan Gürcüstana 2 milyon 23 min ABŞ dolları məbləğində pul köçürmələri həyata keçirilib.
Bu barədə Gürcüstan Milli Bankının hesabatında məlumat verilib.
Bildirilib ki, bu rəqəm əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,3% çoxdur və hesabat dövründə Gürcüstana edilən ümumi pul köçürmələrinin 1,29%-nə bərabər olub.
©APA