2020-ci ilin yanvar-mart aylarında Azərbaycandan 595.7 milyon məbləğində kapital çıxarılıb.
Banker.az xəbər verir ki, bununla bağlı Azərbaycan Mərkəzi Bankının (AMB) dərc etdiyi tədiyə balansına dair məlumatda deyilir.
2015-2019-cu illərdə bu xətlə ölkədən kapital çıxışı cəmi bir dəfə – 2017-ci ilin 1-ci rübündə baş vermişdi. O zaman isə bu məbləğ xeyli kiçik olmuşdu (225 mln. dollar).
Cari ilin rübündə xarici investisiyaların repartrasiyası isə 999.9 mln. dollar təşkil edib, bu da öncəki illə 35% çox olması deməkdir.