12 C
Baku
Tuesday, May 7, 2024

Azərbaycandan Küveytə “Naftalan yağı” ixrac olunacaq

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalı Azərbaycanda istehsal olunan “Naftalan yağları” məhsuluna sərbəst satış sertifikatı təqdim edib.

Banker.az bu barədə Mərkəzə istinadən xəbər verir.

Məlumata görə, əsasən kosmetik vasitə kimi istifadə olunan “Naftalan yağları” Küveytə ixrac olunacaq. “Naftalan yağı” məhsulunun ilkin mərhələdə üç növdə ixracı nəzərdə tutulub.

Sərbəst satış sertifikatı ölkə prezidentinin 12 sentyabr 2017-ci il tarixli fərmanına uyğun təqdim olunur. Sənəd ixrac olunan malın Azərbaycanda sərbəst dövriyyədə olduğunu, aidiyyəti dövlət orqanlarının onu sertifikatlaşdırdığını və standartlara cavab verdiyini təsdiq edir. Sertifikatının verilməsi əvvəllər 100-dən artıq Amerika qitəsi, Asiya, Okeaniya və Körfəz ölkələrinə yerli məhsul ixracını asanlaşdırıb.

Sərbəst satış sertifikatı əldə etmək istəyən sahibkarlar www.Azexport.az portalı vasitəsilə müraciət edə bilərlər.

Son xəbərlər
 ⁠
Digər xəbərlər