Azərbaycandan mobil telefonlar üzrə valyuta axının əsas payçısı Çindir.
2019-cu il ərzində Çindən Azərbaycana idxal mobil telefonların sayının 798 min ədədi ötmüşdür. Ölkəyə idxal olunan bu mobil cihazların əvəzində isə 75,7 milyon ABŞ dolları dəyərində valyuta çıxmışdır.
Ölkəyə ümumilikdə isə 1 milyon 407,07 min ədəd mobil cihaz gətirldiyini nəzərə alsaq, az qala hər 10 telefondan 6-sının Çindən idxal etməmyimiz deməkdir.
Ölkəyə digər ən çox mobil telefonun daxil olduğu ölkə isə Vyetnam olub. 2019-cu il ərzində bu ölkədən Azərbaycana 343 min ədəddən çox telefonun dəyəri 57,02 mln. dollardan çox olub. 3-cü ən çox Gürcüstandan – 261 mindən çox və ya 28,49 milyon dollar dəyərində mobil telefon gətirilib. 4-cü ən çox isə Hindistandan 73 min ədəd daxil olub ki, bu məhsulların ümumi idxal dəyəri 8,51 mln. dollar təşkil edib.