13 C
Baku
Friday, April 19, 2024

Azərbaycandan olan startap 3 mln. investisiya cəlb etdi

Azərbaycandan olan “Keepface” şirkətinin startapı toplam 3 milyon ABŞ dolları dəyərində investisiya cəlb edib.

Bu barədə Banker.az “Keepface” şirkətinin təsisçisi Vaqif Abbasova istinadən xəbər verir.

İnvestisiya cəlb edən isə “Metafluence” platformasıdır.

Şirkət təsisçisi bu hadisəni ekosistemi ümüdləndirəcək “xoş xəbər” adlandırır.

“Beş il bundan əvvəl “Influencer Marketing” trendini ön görərək “Keepface” şirkətini qurduq. Hər il böyüməkdə olan “Keepface” beynəlxalq platformaya çevrilərək hazırda 40 ölkədə fəaliyyət göstərir.

Biz “Influencer Marketing”-i yeni mərhləyə daşımaq üçün metaverse üzərində “Metafluence” adlı platforma inşa etməyə başlamışıq. Xüsusi ideyaya sahib olan bu platforma qısa vaxt ərzində dünyanın dörd bir yanından minlərlər insanın marağına səbəb oldu.

Yolun başında hər şey çətin görünsə də, layihəyə inanan partnyorları, investorları görəndə adama ayrı bir enerji, motivasiya gəlir”.

“Keepface”in yaradacağı metaverse platforması olan “Metafluence”, “BlueZilla”, “Sheesha Finance”, “Master Ventures”, “DCI Capital”, “CRT Capital”, “NFTb”, “Labs Group”, “OIG Capital”, “DigiCorp Labs” və s. vençur şirkətlərdən toplam 3 milyon dollar investisiya əldə edib.

“Bizim üçün artıq yeni bir mərhələ başladı” – deyə, Vaqif Abbasov qeyd edir.

Son xəbərlər
Digər xəbərlər