2 C
Baku
Saturday, December 14, 2024

“Azərbaycandan qaz tədarükü üzrə sazişin detalları işlənmə mərhələsindədir”

Moldovanın Baş nazirinin müavini, regional inkişaf və infrastruktur naziri Andrey Spinu müsahibə verib.

– Azərbaycanın neft məhsullarının Moldovaya idxalı ilə bağlı birgə layihələrin işlənib hazırlanması imkanları barədə nə deyə bilərsiniz?

– Biz Azərbaycanı enerji resurslarımızın diversifikasiyası sahəsində strateji əməkdaş kimi görürük. Artıq xeyli müddətdir ölkələrimiz arasında qaz və elektrik enerjisi təchizatı üzrə uzunmüddətli müqavilələrin bağlanması istiqamətində işlər gedir.

– Səfəriniz çərçivəsində Azərbaycandan təbii qazın idxalı mümkünlüyü müzakirə olunacaqmı?

– Bəli, biz artıq bəyan etmişik ki, Moldova Respublikası Azərbaycandan qaz tədarükünə dair sazişin imzalanmasıında maraqlıdır. Hazırda mümkün sazişin detalları işlənmə mərhələsindədir. Aydın nəticələr olduqda bu barədə məlumat verəcəyik.

– Moldova-Azərbaycan münasibətlərinin inkişafı üçün hansı perspektivlər mövcuddur?

– Bizim üçün Moldova-Azərbaycan münasibətlərinin gündəmində ən vacib məsələ energetika olsa da, kənd təsərrüfatı sahəsinə də ciddi maraq və perspektivlər görürük. Bu iki sahəni prioritet hesab edirik. Lakin mədəniyyət, turizm, nəqliyyat və logistika kimi müxtəlif fəaliyyət sahələri üzrə də müzakirələr aparırıq.

– İnvestisiya layihələrinin birgə həyata keçirilməsi sahəsində hansı imkanlar var?

– Yeri gəlmişkən, elə sabah Azərbaycan və Moldova iş adamlarının iştirakı ilə biznes forumu keçiriləcək. Tədbir zamanı məhz mümkün birgə layihələr müzakirə olunacaq.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər