10 C
Baku
Friday, December 13, 2024

Azərbaycanın ən çox valyuta gətirən 3 qeyri-neft məhsulu – 412 MİLYON DOLLAR

İxrac icmalının sentyabr sayına əsasən, 2021-ci ilin ilk 8 ayı ərzində Azərbaycanın ixracı 13 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 1,6 mlrd. ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 429 mln. ABŞ  dolları və ya 37,1% artıb.  2021-ci ilin 8 ayı ərzində qeyri-neft ixracında meyvə-tərəvəz məhsulları 364,7 milyon ABŞ dolları ilə əsas paya malik olub.  Müvafiq dövr ərzində qeyri-neft ixracında qara metallar və onlardan hazırlanan məmulatlar 1,5 dəfə, pambıq iplik 3,1 dəfə, şəkər 2,2 dəfə, kimya sənayesi məhsulları 68%, pambıq lifi 88,5%, alüminium və ondan hazırlanan məmulatlarda isə  45% artım qeydə alınıb.

2021-ci ilin yanvar-avqust ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında  pambıq mahlıcı (143,8 milyon ABŞ dolları)  birinci olub. Bu siyahıda qızıl (140,1 milyon ABŞ dolları) ikinci, pomidor (tomat) (128,2 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

2021-ci ilin yanvar-avqust ayları ərzində Rusiyaya 522,3 milyon ABŞ dolları, Türkiyəyə 407,3 milyon ABŞ dolları, İsveçrəyə 154,9 milyon ABŞ dolları, Gürcüstana  109,5  milyon ABŞ dolları və ABŞ-a 48 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

Normallaşma prosesinin davam etdiyi dövrdə avqust ayı üzrə ixrac 1,6 mlrd ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 95,3% təşkil etməklə 230,4 mln ABŞ dolları olub. 2021-ci ilin avqust ayı ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 53,1% artaraq 38,3 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 106,6% artaraq 192,1 milyon ABŞ dolları təşkil edib.

2021-ci ilin avqust ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında polimerləşmə nəticəsində əmələ gələn ilkin formalı digər maddələr (27,8 milyon ABŞ dolları) birinci, qızıl (23,4 milyon ABŞ dolları) ikinci və karbamid (11 milyon ABŞ dolları) üçüncü olub.

Son xəbərlər
Digər xəbərlər