15 C
Baku
Friday, March 29, 2024

Azərbaycanın ABŞ-dakı yeni səfiri məlum oldu

Bu günə qədər Azərbaycanın Türkiyədə səfiri olan Xəzər İbrahimin Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Bu barədə Banker.az Prezidentin rəsmi səhifəsinə istinad edir.

“Xəzər Zafir oğlu İbrahim Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin”- deyə sərəncamda deyilir.

Buna qədər bu vəzifədə Elin Emin oğlu Süleymanov idi. O, Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Son xəbərlər
Digər xəbərlər