10 C
Baku
Wednesday, December 11, 2024

Azərbaycanın Aİ ölkələrinə ixracı 2 dəfədən çox artıb

Ötən ay Azərbaycan Avropa İttifaqı (Aİ) ölkələrinə $2 mlrd. 023 mln. 554.30 min dəyərində məhsul ixrac edib ki, bu da ümumi ixracın 65.56%-ini təşkil edir.

Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Ötən ay Aİ ölkələrindən idxalın dəyəri isə $142 mln. 340.25 min olub, bu da ümumi idxalın 14.6%-ini təşkil edib.

Qeyd edək ki, 2021-ci ilin yanvar ayında Aİ ölkələrinə ixracdan gəliri $991 mln. 711.11 min olmuşdu və bu, ümumi ixracın 61.07%-ini təşkil etmişdi. Bu ölkələrdən idxalın dəyəri isə $180 mln. 354.81 min idi və ümumi idxalın 22.9%-ini təşkil edirdi. İllik müqayisədə görünür ki, cari ilin yanvar ayında Aİ ölkələrinə ixracda 104%-lik artım var, idxal isə 21.1% azalıb.

Son xəbərlər
Digər xəbərlər