10 C
Baku
Friday, December 13, 2024

Azərbaycanın alüminium satışını artırdı, gəlirləri artdı – Müştəriləri ABŞ, Britaniya və Türkiyədir

Azərbaycan xaricə 2021-ci ilin ilk ayında 13.75 milyon dollar həcmində alüminium məhsulları ixrac edib.

Banker.az-ın rəsmi mənbələrdən əldə etdiyi məlumata, bu 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə  4.76 milyon dollar, yaxud 53% artım olub.

Hesabat dövründə,  2 201 ton (5.07 mln. dollar)  aşqarlanmamış alüminiumdan qalınlığı 0.2 mm-dən çox olan düzbucaqlı plitələr ixrac edilib.  Bu öncəki illə müqayisədə 1.5 dəfə böyümədir. Məhsulun hər kiloqramının qiyməti 2.31 dollar olub, bu, öncəki ildə 2 dollar idi. Bunun 1 906 ton (4.29 mln dollar) Türkiyəyə, 235 tonu (0.62 mln dollar) isə Böyük Britaniyaya satılıb.

Bununla paralel, 1 405 ton (3.76 mln dollar) həcmində alüminium ərintilərindən qalınlığı 0.2 mm-dən çox olan düzbucaqlı plitələr ixrac edilib. Öncəki illə müqayisədə 4.4 dəfə artım deməkdir. Hər kiloqramını xaricə 2.67 dollara ixrac edib, bu 2020-də 2.47 dollar idi. Bunun da 961 tonu (2.6 mln dolları) ABŞ-a, 349 tonu (0.9 mln dollar) Böyük Britaniyaya

Azərbaycan digər mühüm məqam ixracda emal olunmamış aşqarlanmamış alüminiumun qiymətinin bahalaşmasına rəğmən həcmini 29% azaltmasıdır.  Cari ilin yanvarında cəmi 1 519 ton (3.2 mln dollar) bu məhsuldan satıb. Öncəki ildə bir kiloqramı 1.86 dollar olduğu halda bu il 2.11 dollara yüksəlib.

 

Son xəbərlər
Digər xəbərlər