-1 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanın bank sektoru son bir ayda kiçilib

2021-ci ilin avqust ayında Azərbaycanın bank sektorunun aktivləri 33 426.7 milyon manat təşkil edib. İyul ayında isə aktivləri 33 668.1 mln manat təşkil edib ki, bu da aylıq müqayisədə 0.7% kiçilmə deməkdir. İllik müqayisədə aktivləri 8% çoxalıb.

Banker.az bu barədə Mərkəzi Banka istinadən xəbər verir.

Bankların aktivlərinin 15 206.8 milyon manatını müştərilərə verilmiş kreditlərdir. Ötən ilin eyni dövrünə nisbətən bank sektorunun kredit portfeli 6.3% böyüyüb.

Avqust ayında bank sektorunun öhdəlikləri 9% artaraq 28 613 milyon manata, depozit portfeli 16% artaraq 22 749.7 milyon manata, kapitalı isə 2% artaraq  4 813.7 milyon manata çatıb.

Son xəbərlər
Digər xəbərlər