-1 C
Baku
Sunday, December 15, 2024

Azərbaycanın bank sektorunda biznes kreditlərinin məbləğinin ₼16.5 milyarda çatdırılması hədəflənir

Azərbaycanın bank sektorunda biznes kreditlərinin məbləğinin 16.5 milyard manata çatdırılması, müvafiq korporativ idarəetmə, şəffaflıq və rəqabət qabiliyyətliliyinin inkişafı və risk əsaslı tənzimləmə və nəzarətin gücləndirilməsi hədəflənir.

Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun bu gün təsdiq etdiyi “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası”nı şərh edərkən bildirib.

“Strategiyaya uyğun olaraq bank sektorunda əlverişli və məsuliyyətli bank xidmətlərinin genişləndirilməsi vasitəsilə dayanıqlı inkişafın dəstəklənməsi nəzərdə tutulur. Bu məqsədlə bank sektoru üzrə bazarın genişləndirilməsi, bank olmayan kredit təşkilatlarını inkişaf etdirməklə onların iqtisadiyyatın maliyyələşməsində rolunun yüksəldilməsi, eləcə də nəzarət çərçivəsinin müasirləşdirilməsi istiqamətində tədbirlərin həyata keçirilməsi planlaşdırılır”, – deyə o qeyd edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər