9 C
Baku
Friday, December 13, 2024

“Azərbaycanın bank sisteminin aktivlərinin 53%-i Top-10-a daxil olan bankların payına düşür”

“AccessBank” ASC Azərbaycanda kredit portfelinin həcminə görə banklar arasında 5-ci yerdədir. Bunu bankın İdarə Heyətinin sədri Anar Həsənov deyib.

“2018-ci ilin yekunları üzrə “AccessBank” kredit portfelinin həcminə görə Azərbaycanda 5-ci, depozit portfelinin həcminə görə, – 8-ci, aktivlərin həcminə görə – 6-cı yerdədir”, – A.Həsənov bu gün Bakıda keçirilən “Vergilər və ğömrük” mövzusunda biznes forumda bəyan edib.

Onun sözlərinə görə, 2018-ci ilin sonuna bankın kredit portfeli 542 mln. manat təşkil edib. Eyni zamanda, 2017-ci ildə bu göstərici 599 mln. manat, 2016-cı ildə – 923 mln. manat olub.

A.Həsənov əlavə edib ki, Top 10-na daxil olan banklar ümumi bank sektorunun aktivlərinin 53%-nə sahibdir. “AccessBank”ın aktivləri bazar üzrə ümumi həcmin 3%-ni təşkil edir”, – o vurğulayıb. 

 

Son xəbərlər
Digər xəbərlər