9 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanın bu il avtomobil yanacağı satışından əldə etdiyi gəlir azalıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində satdığı avtomobil yanacağından əldə etdiyi gəlirin məbləği məlum olub.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir.

Hesabat dövründə ölkənin pərakəndə ticarət şəbəkəsində satılan avtomobil benzini və dizel yanacağından 626,6 mln. manat gəlir əldə olunub. 2019-cu ilin 4 ayında isə avtomobil yanacağından 638,1 mln. manat gəlir əldə edilmişdir ki, bu da illik müqayisədə 1,8% azdır.

Onu da qeyd edək ki, cari ilin yanvar-mart ayında isə pərakəndə ticarət şəbəkəsində satılan avtomobil yanacağından 481,9 mln. manat gəlir əldə olunmuşdur. Aylıq müqayisədə isə avtomobil yanacağından gəlir 30% azalıb.

Son xəbərlər
Digər xəbərlər