25 C
Baku
Monday, June 17, 2024

Azərbaycanın cari əməliyyatlar balansında $23.5 mlrd. profisit yaranıb

2022-ci ildə Azərbaycan Respublikasının cari əməliyyatlar balansında (CƏB)  $23.5 mlrd. profisit yaranıb.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2022-ci ilin tədiyə balansı ilə bağlı açıqlamasında deyilir.

Cari əməliyyatlar balansı illik müqayisədə $15.17 mlrd., yaxud 2.8 dəfə artıb. 2021-ci il üzrə $8.3 mlrd. profisit olmub.

CƏB ÜDM-in 29.8%- ni təşkil edib. Neft-qaz sektoru üzrə CƏB-in profisiti ötən ilə nəzərən illik müqayisədə 2 dəfə artaraq $28.7 mlrd., qeyri-neft-qaz sektoru üzrə CƏB-in kəsiri isə 9.4% azalaraq $5.2 mlrd. məbləğində olmuşdur

Cari əməliyyatlar balansının əsas komponenti olan xarici ticarət saldosu Xarici ticarət balansı $27.36 mlrd. olub. Digər hissəsi 1.36 mlrd. kəsrlə xidmətlər balansı, 5.49 mlrd. kəsrlə ilkin gəlirlər balansı təşkil etmiş, 2.97 mlrd. profisit isə təkrar gəlirlər balansı hesabına baş tutub.

211

Son xəbərlər
 ⁠
Digər xəbərlər