3 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanın cari əməliyyatlar balansında $4 mlrd. qalıq yarandı

Azərbaycanda 2022-ci ilin birinci rübündə cari əməliyyatlar balansında $4 mlrd. profisit (qalıq) yaranıb.

Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankının rüblük hesabatına istinadən xəbər verir.

Hesabatda qeyd edilir ki, ölkənin carici ticarət balansı $5 mlrd. 447 milyon olmuş, xidmətlər balansı  $627.5 milyon kəsir, ilkin gəlirləri balansı $961.8 milyon kəsir, təkrar gəlirlər isə $95 milyon profisit etmişdir.

Nəticədə ölkənin cari əməliyyatlar balansında $3 mlrd. 952.7 mln. profisit yaranmışdır ki, bu da illik müqayisədə (627.7 mln.) 6 dəfədən çoxdur.

Mərkəzi Bank bu artımı ölkənin əsas ixrac etdiyi neftin qiymətlərinin kəskin yüksəlməsi və ticarət balansındakı müsbət saldo ilə izah edir.23424532423

2342342342342

2022-ci ilin I rübü üzrə xarici ticarət dövriyyəsi 10.8 mlrd.$ təşkil etmiş, neft-qaz sektoru üzrə 7.1 mlrd.$ həcmində profisit qeyri-neft sektoru üzrə 1.6 mlrd.$ həcmində kəsiri bağlamış və nəticədə xarici ticarət balansında 5.5 mlrd.$-lıq profisit yaranmışdır. Hesabat dövründə Azərbaycanın dünyanın 152 dövləti ilə ticarət əlaqələri olmuşdur. Xarici ticarətin 10.6%-i MDB üzvü olan dövlətlərin, 89.4%-i isə digər xarici dövlətlərin payına düşür.

Əmtəə ixracı. Hesabat dövründə əmtəə ixracı 8.1 mlrd.$ (2.1 dəfə artım) təşkil etmişdir. Dövr ərzində əsasən dünya neft bazarlarında xam neftin və təbii qazın ö.i.m.d.n. bahalaşması səbəbindən neft-qaz sektoru üzrə ixracın həcmi 2.2 dəfə artaraq 7.4 mlrd.$ olmuşdur. İxrac olunmuş neft-qaz məhsullarının (7.4 mlrd.$) 3.8 mlrd.$-ı xam neftin, 3.5 mlrd.$-ı təbii qazın, 0.1 mlrd.$-ı isə neft emalı məhsullarının payına düşür. 2022-ci ilin I rübü üzrə qeyri-neft ixracı 54.7% artaraq 0.7 mlrd.$ olmuşdur.

Əmtəə idxalı. 2022-ci ilin I rübü üzrə əmtəə idxalı ö.i.m.d.n. 16.8% artaraq 2.7 mlrd.$ təşkil etmişdir, o cümlədən istehlak mallarının idxalının ümumi dəyəri isə 1.2 mlrd.$ olmuş, bunun da 433 mln.$-u ərzaq məhsullarının payına düşür. Qeyri-neft sektoru üzrə idxal 24.2% artaraq 2.3 mlrd.$ olmuşdur. Qeyri-neft idxalının strukturunda metalların (93.1%), kağız məmulatlarının (57.9%), əczaçılıq məhsullarının (44.3%), kərə yağının (30%), dənli bitkilərin (29.4%), ətir və kosmetik vasitələrinin (26.4%), gəmilər, qayıqlar və üzən konstruksiyaların (19.8%), mebel məhsullarının (17%), ağac məmulatlarının (15.6%), minik avtomobillərinin (12.1%), daş və şüşə məmulatlarının (10.4%), tərəvəz məhsullarının (5%), bitki yağlarının (1.8%), alkoqollu və alkoqolsuz içkilərinin (0.2%) idxalı artmışdır. Bu dövrdə uçuş aparatlarının (80.1%), dəmiryol nəqliyyat vasitələrinin (78.8%), tütün məhsullarının (35.1%), qazanlar, avadanlıq və mexaniki qurğuların (17.5%), şəkərin (10.7%) idxalı isə azalmışdır. İdxalın strukturunda xarici investisiyalar hesabına gətirilmiş maşın-avadanlıqların və malların xüsusi çəkisi 4.5% təşkil edərək 121 mln.$ olmuşdur.

Son xəbərlər
Digər xəbərlər