Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) investisiya portfelində ABŞ valyutasının payı artmaqdadır.
Banker.az bu barədə Fondun illik hesabatına istinadən xəbər verir.
1 yanvar 2022-ci il tarixinə ARDNF-nin $45.02 mlrd.-lik vəsaitlərində ABŞ dollarının payı 69%-ə çatıb, o cümlədən bunun 5.92 mlrd. dolları (13.1%-i) qızılla olan investisiyalar təşkil edib. Ötən il isə $43.56 mlrd.-lıq portfelin cəmi 68%-i ABŞ dollarında idi, o cümlədən 6.17 mlrd. dolları (14.2%) qızılla investisiya təşkil etmişdi.
2021-ci ildə Avrozonanın valyutasının ucuzlaşması ardından, Fondun bu valyutada yatırdığı investisiyanın payı 19.5%-ə qədər azalıb, halbu ki, bir il öncə 20.3% idi.
ARDNF-in digər valyutada olan investisiyaları belədir: 5.1% payla (2020: 5.3%) ingilis funt sterlinqi, 0.6% (sabit) avstraliya dollarında, 0.6%-i (0.5%) rus rublunda, 0.4%-i (0.7%) türk lirəsində, 1.4%-i (1.5%) yapon yenində və 1.3%-i (sabit) çin yuanında olmuşdur.
ARDNF-nin investisiya portfelində 61.8% qiymətli kağızları, 19%-i səhmlər, 13.1%-i qızıl və 6.1%-i isə daşınmaz əmlakın payı olmuşdur.
Qeyd edək ki, 2021-ci ildə valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı ARDNF-nin büdcədənkənar xərci 2 119.3 milyon manat təşkil etmişdir.