Azərbaycan dünyada mobil internetin sürətinə görə 140 ölkə arasında 64-cü yeri tutub.
Banker.az xəbər verir ki, bu barədə “Speedtest Global Index” hesabatının mart ayı üçün açıqlanan reytinqində deyilir.
Məlumata görə, ölkəmiz sabit internetin sürətinə görə isə 177 ölkə arasında 120-ci yerdə qərarlaşıb.
Reytinqə əsasən, mart ayı ərzində Azərbaycanda mobil internetdən yükləmənin sürəti 35.19 Mb/saniyədən 35.50 Mb/saniyəyə artıb. Sabit internetin yükləmə sürəti isə 25.55 Mb/san-dən 24.73 Mb/san-ə enib.
“Speedtest Global Index” reytinqinə əsasən, mart ayında Azərbaycan mobil və sabit internetin sürətinə görə 1 pillə geriləyib.