3 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanın faktorinq şirkəti “Ferrum Kapital” səhm bazarına qapalı şəkildə girdi

Azərbaycanın ilk faktorinq şirkəti təşkilati-hüquqi formasını dəyişdi.

Banker.az xəbər verir ki, “Ferrum Kapital” təşkilati-hüquqi forması dəyişərək Qapalı Səhmdar Cəmiyyətə çevrildiyini elan edir.

Bildirək ki, Azərbaycanın ilk müstəqil faktorinq şirkəti olan Ferrum Kapital Məhdud Məsuliyyətli Cəmiyyəti yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri təqdim etmək məqsədiylə 19 sentyabr 2017-ci ildə yaradılmışdır.

Ferrum Kapital MMC, Azərbaycanda 25 ildən çoxdur fəaliyyət göstərən AGA Group şirkətlər qrupu ailəsininin bir üzvüdür.

Onu da qeyd edək ki, “Ferrum Kapital”ın nizamnamə kapitalı 1000 manatdır və qanuni təmsilçisi Tural Ağayevdir.

Son xəbərlər
Digər xəbərlər