Banker.az-ın əldə etdiyi məlumata görə, iqtisad elmləri doktoru, professor, AMEA-nın həqiqi üzvü, Ziyad Səmədzadə Almaniyanın Münhen şəhərində yerləşən Ümumdünya Elmi Əməkdaşlıq Təşkilatı tərəfindən yüksək mükafata layiq görülmüşdür.
Təşkilatın prezidenti, Prof. Dr. Karl Heht üzvlərə göndərdiyi məktubda bildirilir: “Ümumdünya Elmi Əməkdaşlıq Təşkilatının (WOSCO) “Sərhədsiz elm” İdarə Heyətinin 24 dekabr 2020-ci il tarixli 11/20 saylı Qərarı ilə Beynəlxalq Elmlər Akademiyasının Azərbaycan Bölməsinin Fəxri Prezidenti Akademik Ziyad Səmədzadənin dünya iqtisadi elminin və təhsilinin inkişafına verdiyi töhfələrə görə WOSCO-nun ən yüksək mükafatına – “Sərhədsiz elm” Qızıl Medalına layiq görülməsi haqqında vacib və xoş xəbəri sizə çatdırmaqdan şərəf duyuram.”
Məlumat üçün bildirək ki, bundan əvvəl bu mükafat elm, təhsil, ətraf mühitin qorunması, o cümlədən beynəlxalq təhlükəsizliyin inkişafına müstəsna xidmətləri olan görkəmli elm adamları və ictimai xadimlərə – Rusiya Elmlər Akademiyasının Vitse-Prezidenti Akademik Nikolay Laverova (2011), Pakistan Elmlər Akademiyasının Prezidenti Akademik İşfaq Əhmədə (2010), Əlahəzrət Sultan və İndoneziyanın Yogyakarta Xüsusi Regionunun Qubernatoru Homengku Buwono X və digərlərinə verilib.