2014-cü ilin yanvar-fevral aylarında Azərbaycanda həyat sığortası ilə məşğul olmaq hüququna malik olan üç şirkət – “Paşa Həyat”, “Atəşgah Həyat” və “Qala Həyat” həyat sığortası üzrə İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə 22,77 milyon manat vəsait toplayıb ki, bu da ötən ilin eyni dövrünün göstəricisini 53,75 faiz üstələyib. Bu barədə Azərbaycan Maliyyə Nazirliyinin 2014-cü ilin yanvar-fevral aylarında sığorta şirkətlərinin fəaliyyəti haqqında hesabatında deyilir.
Hesabata görə, şirkətlərin həyat sığortası üzrə yığımlarının payı il ərzində 18,8 faizdən 24,85 faizədək artıb.
Ödənişlər də artıb: 2014-cü ilin yanvar-fevral aylarında 1,379 milyon manat məbləğində ödəniş həyata keçirilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 4,93 dəfə çoxdur.
Bu ödənişlərin xüsusi çəkisi sığorta bazarında il ərzində 1,73 faizdən 7,25 faizədək artıb.
2014-cü ilin yanvar-fevral ayları ərzində şirkətlər istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə 5,41 milyon manat vəsait toplayıblar. Bu, ötən ilin eyni dövrünün göstəricisindən 23 faiz çoxdur.
Könüllü həyat sığortası üzrə yığımlar il ərzində 66,76 faiz artaraq 17,36 milyon manata çatıb. Könüllü həyat sığortası seqmentində yığımların böyük hissəsi həyatın yaşam sığortasının (15,33 milyon manat) payına düşüb, qalan hissə isə ölüm və (2,02 milyon manat) və sağalmaza xəstəliklərdən (11,26 min manat) sığortanın hesabına təmin olunub.
Yanvar-fevral aylarında 1,01 milyon manat məbləğində həyat sığortasının könüllü növləri üzrə, 0,37 milyon manat icbari sığorta üzrə ödənişlər aparılıb.
2014-cü ilin yanvar-fevral aylarının yekunları üzrə ölkədə fəaliyyət göstərən şirkətlərin mükafatlarının ümumi həcmi 91,62 milyon manat (il ərzində artım 16,33 faiz), ödənişlər isə 19,02 milyon manat (il ərzində artım 17,29 faiz) olub.
Maliyyə Nazirliyinin hesabatında AzRE təkrar sığorta şirkətinin fəaliyyətinin yekunları göstərilməyib.
Trend.az