Azərbaycan 2021-ci ilin yanvar-mart aylarında içkilər və tütün məmulatlarının satışından 548.8 milyon manat gəlir əldə edib. Ötən ilin müvafiq dövründə bu məhsulların satışından gəlir 502.8 milyon manat təşkil edib.
Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, cari ildə Azərbaycanın içkilər və tütün məmulatlarının satışından gəliri 9.2% artıb.
Qeyd edək ki, 2020-ci ilin yanvar-mart aylarında pərakəndə ticarət şəbəkəsində əhaliyə 9.2 milyard manatlıq, o cümlədən 4.8 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları,