Azərbaycan dünyada mobil internetin sürətinə görə 141 ölkə arasında 64-cü yeri tutub.
Banker.az xəbər verir ki, bu barədə “Speedtest Global Index” hesabatının fevral ayı üçün açıqlanan reytinqində deyilir.
Məlumata görə, ölkəmiz sabit internetin sürətinə görə isə 175 ölkə arasında 119-cu yerdə qərarlaşıb.
Reytinqə əsasən, fevral ayı ərzində Azərbaycanda mobil internetdən yükləmənin sürəti 32.78 Mb/saniyədən 35.18 Mb/saniyəyə artıb. Sabit internetin yükləmə sürəti isə 22.72 Mb/san- dən 23.41 Mb/san-ə qalxıb.
“Speedtest Global Index” reytinqinə əsasən, bununla belə, fevral ayında Azərbaycan mobil internetin sürətinə görə iki ayda 4 pillə irəliləyərək 64-cü olub. Sabit internetin sürətində isə 2 pillə geriləyərək və 119-cu olub.