İnvestisiya portfelinin 0,44%-i beynəlxalq maliyyə institutlarında yerləşdirilib.
Dövlət Neft Fondu (SOFAZ) investisiya portfelinin coğrafi regionlar üzrə təsnifatını açıqlayıb.
Fonddan verilən məlumata görə, hal-hazırda (iyul ayının 1-nə olan məlumata əsasən) investisiya portfelinin 44,99%-i Avropa, 27,07%-i Asiya/Sakit okean, 23,07%-i Şimali Amerikada yerləşdirilib.
Bundan başqa, SOFAZ-ın digər investisiyaları 0,39% Yaxın Şərq, 3,83%-i Avstraliya/Yeni Zelandiya, 0,21%-i Cənubi Amerikadadır. Neft Fondunun investisiya portfelinin 0,44%-i isə beynəlxalq maliyyə institutlarında yerləşdirilib.
Qeyd edək ki, hesabat dövründə SOFAZ-ın aktivləri 35 milyard 117,9 milyon ABŞ dollarına bərabər olub./ Oxu.az