2 C
Baku
Saturday, December 14, 2024

Azərbaycanın ixrac etdiyi şəkərin 1 tonu $80 bahalaşıb

2023-cü ilin yanvar-fevral ayında Azərbaycan 7 milyon 385 min ABŞ dolları dəyərində 10 039 ton şəkər ixrac edib.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac olunan şəkərin miqdarı ötən ilin eyni dövrü ilə müqayisədə 59.2%, dəyəri isə 78.5% artıb.

Ötən ilin yanvar-fevral ayında isə Azərbaycandan 4 milyon 138 min dollar dəyərində 6 306 ton şəkər ixrac edilmişdir.

Beləliklə, ötən il 1 ton şəkər xaricə $656-a satılırdısa, cari ildə bu məbləğ $80 artaraq $736-a çatıb.

Qeyd edək ki, iki ayda şəkər ixracı ölkənin ümumi ixracının 0.16%-ni, qeyri-neft sektoru üzrə ixracının isə 1.13%-ni təşkil edib.

Son xəbərlər
Digər xəbərlər