15 C
Baku
Tuesday, April 30, 2024

Azərbaycanın ixrac etdiyi şəkərin 1 tonu $81 bahalaşıb

2023-cü ilin yanvar-iyul ayında Azərbaycan 15 milyon 237 min ABŞ dolları dəyərində 20 787 ton şəkər ixrac edib.

Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ixrac olunan şəkərin miqdarı ötən ilin eyni dövrü ilə müqayisədə 31%, dəyəri isə 47% artıb.

Ötən ilin yanvar-iyul ayında isə Azərbaycandan 10 milyon 390 min dollar dəyərində 15 924 ton şəkər ixrac edilmişdir.

Beləliklə, ötən il 1 ton şəkər xaricə $652-a satılırdısa, cari ildə bu məbləğ $81 artaraq $733-a çatıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər